21.03.2022 / 246 saylı tam orta məktəbin qarşısı.

246 nömrəli məktəbin qarşısındakı yolda tramplinlərin bərpası

Salam. Gördüyünüz kimi məktəbin qarşısındakı yolda sürət məhdudlaşdırıcı maneələr (tramplinlər) əlverişsiz və istifadəyə yararsız vəziyyətdədir. Yolda olan tramplinlərin təmiri, yenidən bərpası ilə bağlı olaraq məhz RİİB-ə müraciət etmək istərdik. Yolun çox işlək vəziyyətdə olması ,eyni zamanda 246 saylı tam orta məktəbin qarşısında yerləşməsi bizi narahat etməklə yanaşı vəziyyəti ictimailəşdirməyə imkan verdi. Şəkildə gördüyünüz kimi yolun parklanma üçün nəzərdə tutulan hissəsində maşınlar işlək olaraq istifadə etmədiyindən sağlam qalsa da digər hissəsi (hansı ki maşınların hərəkət etdiyi zolaq hissə) demək olar ki, qırılmış bir vəziyyətdədir. Ərazidə xoşagəlməz qəza və hadisələrin baş verməməsi üçün xahiş edərdik vəziyyəti təcili olaraq nəzarətə götürəsiniz. Diqqətinizə görə minnətdaram!

Tǝklifin müǝllifi: Əsəd