01.10.2022 / Memar Əcəmi metro stansiyasının çıxışı

Pandus quraşdırılması

Salam. Qeyd etdiyim ünvanda piyadalar pandus olmadığı üçün uşaq arabası ilə hərəkət edən zaman ilk olaraq pilləkəndə maneə ilə üzləşir. Sonra piyada zolağını zəbt edən nəqliyyat vasitələri, daha sonra isə zolağın ortasındakı maneə rahat və təhlükəsiz hərəkətə problem yaradır. Təklif edirəm ki, qeyd etdiyim ünvanda pandus quraşdırılsın və piyada zolağında olan maneə aradan qaldırılsın.

Tǝklifin müǝllifi: Anonim