21.01.2021 / Azərbaycan

"Yaz" Akademik Jurnalların Elektron Mərkəzi

“Azərbaycanın inkişafı üçün mən nə edə bilərəm” düşüncəsi ilə hərəkət edərək mən də akademik araşdırmaların nəşri sahəsində müşahidələrimin nəticəsini sizinlə bölüşmək istəyirəm. Mənim müşahidəm elmi araşdırmaların, məqalələrin nəşr sahəsindədir. Türkiyə Respublikasında təhsil aldığım zaman elmi jurnalların bir mənbədə (online) toplanması, məqalənin göndərilməsindən başlayaraq, jurnal redaktorları tərəfindən jurnalın siyasətinə və standartlarına uyğun olmasının yoxlanılması və yayım mərhələsi onlayn olaraq həyata keçirildiyini müşahidə etmişəm. Bir sayt vasitəsi ilə bütün elmi jurnallar əlçatan olmuşdur və bir mənbədə toplanmışdır. Düşünürəm ki, Azərbaycanda da bütün universitetlərin və Azərbaycan Milli Elmlər Akademiyasının elmi məcmuələrini bir saytda toplamaq olar. Həm oxucular üçün bütün jurnallar əlçatan, həm də müəlliflərə istədiyi jurnala məqalə göndərməsi rahat olar. Türkiyədəki “DergiPark” layihəsi nümunə olaraq öyrənilə bilər. Həmin layihə jurnalların məqalə qəbulu şərt və qaydalarına müdaxilə etmir. Sadəcə elmi jurnallara (dərgilərə) onlayn yayımlanması və məqalə qəbulu üçün sistem (platform) verir. Azərbaycanda da bənzər layihə yaradıla bilər.

Tǝklifin müǝllifi: Talut