24.09.2020 / A.M.Şərifzadə küçəsi 157

A.M.Şərifzadə küçəsində piyada zolağının salınması

Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı "ASAN Xidmət" Mərkəzinin qarşısında piyada keçidinin olmaması insanların hərəkətini çətinləşdirir. Ərazidə piyada keçidinin salınması insanların yolu daha təhlükəsiz və rahat keçmələrini təmin edə bilər.

Təklifimvar
komandası:
“Regional İnkişaf" İctimai Birliyinin "Təklifimvar" portalına piyadaların təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində piyada zolaqlarının çəkilməsi, piyada nişanı, piyada işıqforu quraşdırılması barədə daxil olmuş təklifə əsasən, BNA tərəfindən sözügedən yol kəsişməsində hərəkətin təşkili, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təklif layihəsi hazırlanaraq razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına göndərilmişdir. Lakin aidiyyəti qurumlar tərəfindən razılıq verilmədiyindən layihənin icrası mümkün olmamışdır.
Tǝklifin müǝllifi: Anonim