22.01.2021 / Bakı şǝhǝri

Metro stansiyalarının adlarının dəyişdirilməsi

Bakı metropoliteninin "Ulduz" metro stansiyasının adı dǝyişdirilsin vǝ "Şǝhidlǝr" stansiyası adı verilsin. Stansiyanın dizaynı dǝyişdirilib xarıbülbül formasında hazırlansın vǝ stansiyada şǝhidlǝrimizin gözǝl dizaynda fotoşǝkillǝri vurulsun. Şəhidin, adı, soyadı, doğum tarixi vǝ şǝhid olduqları tarixlǝr yazılsın. SSRİ Azərbaycan dövründǝn qalan köhnǝ "Zvezda" indiki "Ulduz" stansiyasının qeyd etdiyim formada olmasını hamı bǝyǝnǝcǝk. Bu işlǝ mǝşğul olan qurumlar hansını uyğun sayırlarsa, başqa stansiyada da etmǝk olar. Belǝ olduqda şǝhidlǝrimiz haqqında mǝlumatları hǝm Bakı sakinlǝri, hǝm dǝ şǝhǝrimizin qonaqları görǝcǝkdir. Şǝhidlǝrimiz qürurumuzdur.

Tǝklifin müǝllifi: Rasul