10.01.2026 / Nərimanov rayonu, Dədə Qorqud parkı

Bakı şəhəri, Nərimanov rayonu, Dədə Qorqud parkı ərazisində ağaclara atılan məişət tullantılarının təmizlənməsi

Mən, Gülşən Hacızadə sizə bildirirəm ki, Dədə Qorqud parkında ağacın içi məişət tullantıları ilə doldurulub, plastik qablar və digər zibillər ağacın oyuğuna atılıb. Bu hal həm ətraf mühitə zərər verir, həm də parkın estetik görünüşünü pozur. Park ictimai istirahət məkanı olduğuna görə burada təmizliyə nəzarətin gücləndirilməsi, tullantıların təmizlənməsi və gələcəkdə belə halların qarşısının alınması üçün maarifləndirici tədbirlərin görülməsini sizdən xahiş edirəm.

Tǝklifin müǝllifi: Anonim