24.01.2021 / Yasamal rayonu, Zahid Xəlilov, Ə.Haqverdiyev, Əhməd Cəmil, M.H.Şəhriyar küçələrinin kəsişməsində yerləşən həyət

Yasamal rayonunda yerləşən həyətin abadlaşdırılması

Yasamal rayonu, Zahid Xəlilov, Ə.Haqverdiyev, Əhməd Cəmil, M.H.Şəhriyar küçələrinin kəsişməsində yerləşən həyət Elmlər Akademiyası metro stansiyasının yaxınlığında yerləşir və bərbad vəziyyətdədir. Geniş həyət olmasına baxmayaraq, hələ də abad deyil, torpaq, palçıqdır, sakinlər üçün istirahət yeri, gəzinti yeri, uşaqlar üçün oyun meydançası, idman meydançası yoxdur. Biz sakinlər öz gücümüzə bir qədər iş görüb 40-a qədər ağac əkmişik. Xahiş edirik, həyətimiz abadlaşdırılsın.

Təklifimvar
komandası:
Qeyd olunan məhəllə İDEA İB-nin "Bizim həyət" layihəsinin standartlarına uyğun gəlmir . Məhəllədə çoxmərtəbəli bina inşa olunur. Məhəllənin ərazisi 0.37 ha-dır.
Tǝklifin müǝllifi: Anonim