26.01.2021 / Sumqayıt şəhəri

Sumqayıt kimya mərkəzi

Salam. Mən Sumqayıt şəhər sakiniyəm, həm də SDU-nun kimya müəllimliyi ixtisasıni bitirmişəm. Sumqayıt şəhəri kimya şəhəri sayılır, amma xüsusi kimya mərkəzi yoxdur ki bu hər kəsin marağını kəsb edə bilsin. Belə ki, bu mərkəzdə orta məktəblilərin kimya olimpiadaları, yəni ümumi Sumqayıt məktəblilərinin, kimya müəllimlərinin maraqlı kimyəvi reaksiyalar göstərəcəyi mərkəz ola bilər. Bu mərkəzdə uşaq bağçalarında dərs deyən müəllimlərə təhlükəsiz, sadə maraqlı kimyəvi reaksiya nümunələri öyrədilə bilər. Bununla da kiçik yaşlı uşaqların dünyagörüşlərini inkişaf etdirmək, sadə kimyəvi bilikləri aşılamaq olar. Burada maraqlı məlumatlar internet vasitəsilə sıravi insanlara nümayiş etdirilə bilər. Bu mərkəzdə kimya ensiklopediyaları, maraqlı kimya məlumatları, kimya sərgisi, tanınmış kimya alimləri ilə görüşlər təşkil oluna, onların kitabları nümayiş etdirilə bilər. Bu mərkəzdə böyük konfrans zalı daha əhəmiyyətli ola bilər. Belə ki, digər region məktəblərinin şagirdləri, tələbələr və müəllimlər maraqlı konfranslarda iştirak edə bilərlər. Bu mərkəzdə məktəbdaxili, şəhərdaxili, şəhərlərarasi, ölkədaxili, ölkələrarası kimya müsabiqəsi, kimya olimpiadası keçirilə bilər. Kimya istedadlıları diplomlarla, fəxri fərmanlarla, digər hədiyyələrlə mükafatlandırıla bilərlər. Bu mərkəzin təklifini verdim. İnşallah təklifim qəbul olunar. Təşəkkürlər.

Tǝklifin müǝllifi: Anonim