12.08.2022 / Nizami küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi

Yasamal rayonunda səkinin təmiri

"Teklifimvar" portalına daxil olmuş təklif ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Nizami küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində olan səki tamet plitələr ilə döşənib, ağaclar üçün nəzərdə tutulan yer tamet ilə örtülərək səkiyə birləşdirilib. Səkinin səviyyəsi aşağı salınaraq pilləkənlər ləğv olunub, bununla da əlil şəxslərin səkidə rahat hərəkəti təmin olunmuşdur.