01.04.2022 / Tofiq Abbasov küçəsi 37 A

Nizami rayonunda yerləşən həyətin abadlaşdırılması

Salam. Nizami rayonu, Tofiq Abbasov küçəsində 37 A binasının arxa tərəfində vaxtilə park tipli geniş yaşıllıq zolağı, müxtəlif növ ağaclar mövcud idi. Lakin baxımsız vəziyyətdə qalmış yaşıllıq sahəsində ağaclar müəyyən zaman sonra qurumuşdur. Sözügedən ərazidə sakinlərin asudə vaxtlarını keçirmələri üçün biz, həmin binanın sakinləri olaraq yaşadığımız həyətin abadlaşdırılmasını, ağacların əkilərək yaşıllıq sahəsinin salınmasını təklif edirik.

Tǝklifin müǝllifi: Hümbət