05.05.2022 / Tofiq Abbasov küçəsi 37 A

Nizami rayonunda yerləşən həyətin abadlaşdırılması

"Teklifimvar" portalına daxil olmuş təklif ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Tofiq Abbasov küçəsində 37a, 39 və 39a saylı binaların həyətlərində abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə asfalt örtüyü, qazon, tamet daşı vurulub, yeni bordürlər və kiçik tullantıların atılması üçün yeni tullantı qutuları qoyulub, əlilliyi olan şəxslərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətində söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılıb, mini stadion və şahmat meydançaları yaradılıb. Həyətdə yaşıllıqların suvarılması üçün su xətti, yağış sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib və işıqlandırma sistemləri yenidən qurulub.